Zeytun ağacları Azərbaycan torpağında xüsusi bir qüvvəyə və keyfiyyətə məxsusdur. 2019-cu il tarixindən etibarən, əsirlər boyu sınanmış təcrübəni, innovasiya və peşakarlığı birləşdirərək ilk əkinlərimizi həyata keçirdik. 100 hektardan çox ərazidə 50,000-dən artıq xüsusi “Domat” və “Gəmlik” sortları olan zeytun ağaclarını əkdik. Ağacların hər birinə xüsusi sevgi və qayğı ilə qulluq edərək, yüksək keyfiyyətli meyvələrin yetişməsinə nail olduq. Bizim məqsədimiz, müştərilərimizə təbii və sağlam zeytun məhsullarını ən yüksək keyfiyyətdə təminatını verməkdir. Gələcək nəsili düşünərək, "Təbii zeytun - sağlamlıq rəmzidir" şüarı ilə, məhsullarımızın təbii və keyfiyyətli xüsusiyyətlərini vurğulayaraq müştərilərimizin sağlamlığına və yaşam keyfiyyətinə dəstək olmağı hədəfləyirik.